Gürcüstanda prezidentlə baş nazir arasında uzun müddətdir fikir ayrılığı və qalmaqallı münasibət artıq son həddə çatıb...

Belə ki, Prezident Salome Zurabişvili məşhur "Le monde" nəşrinə müsahibəsi zamanı "Gürcü arzusu" partiyasının qurucusu, biznesmen Bidzina İvanişvilidən söz açıb. Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, Zurabişvili jurnalistin sualına cavab olaraq İvanişvilini oliqarx adlandırıb. Sitat: “O, Rusiyada sərvət toplayan oliqarxdır. Deməli, onun mentaliteti keçmişdə yaşadıqlarından təsirlənir. Bu gün dünya iki yerə bölünüb. O, Rusiyanın məğlub olacağını təsəvvür edə bilməyənlər sırasındadır. Məhz buna görə də gələcəkdə daha da aqressiv ola biləcək Rusiyanın qələbəsinə əvvəlcədən uyğunlaşmağa çalışır. Onun təsiri ilə hakimiyyətdə olan, Avropada təhsil almış gənclər Rusiyaya qarşı zəif və yaltaq mövqe nümayiş etdirirlər. İkinci qrup, xüsusən də gənclər düşünürlər ki, Rusiya heç vaxt əvvəlki kimi olmayacaq. Rusiya artıq bir çox cəhətdən - hərbi və nüfuz baxımından məğlub olub. Baş verənlər fonunda Finlandiya və İsveç NATO-ya üzv olub, tezliklə Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə inteqrasiyası sürətlənəcək. Bütün bunlar Rusiyanın “mərhəməti” ilə baş verəcək, çünki bizim gündəliyimiz belə sürətli temp üçün nəzərdə tutulmayıb. Bəli, birdaha deyirəm ki, Rusiya uduzub”.

 Prezident Avropa Komissiyasının “de-oliqarxizasiya” ilə bağlı tövsiyəsini necə dəyərləndirdiyi barədə suala cavab olaraq bildirib ki, bu gün Gürcüstan siyasətində İvanişvilidən başqa heç bir oliqarx yoxdur və növbəti seçkilərdə vətəndaşlar oliqarxiyaya cavab verəcəklər: "Deoloiqarxizasiyanın cavabı, məncə, növbəti seçkilərdədir. Biz otuz ildir ki, birpartiyalı hakimiyyət sistemindəyik. De-oliqarxizasiya bizim mümkün qədər azad seçkilərə, real koalisiyaya, Avropayönlü cəbhəyə ehtiyacımızın olduğunu göz önünə gətirir".

Prezident deyib ki, İvanişvili Avropa İttifaqına gedən yolumuzun sürətləndirilməsində müsbət rol oynamayıb və onun impiçmenti də İvanişvilinin göstərişi ilə həyata keçirilib. Həmçinin, prezidentin sözlərinə görə, o, İvanişvili ilə təxminən üç ilə yaxındır ki, əlaqə saxlamır. Saakaşvilinin əfv olunması ilə bağlı suala isə Zurabişvili cavabında deyib ki, Saakaşvilinin barəsində iki yeni ittiham irəli sürülüb və indi o özü də, xaricə getmək istməir seçki kampaniyasında iştirak etməyə hazırlaşır.

Ekspertlər də hesab edir ki, prezidentlə Baş nazir arasındakı "soyuq müharibə" belə davam edərsə, qalamaqal bir az da dərinləşəcək...

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN