Ən yaxşı müalicə və sağlamlıq fəlsəfəsi heç xəstələnməmək, həkimə üz tutmamaqdır...

Amma bəzən xəstəlik insanın özündən də asılı olmur, səni qəfil haqlayır... Elə buna görə də İcbari tibbi sığorta haqlarının dövlət tərəfindən ödənilməsi müddətinin uzadılması qərara alınıb... Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova məlumat verib. Onun sözlərinə görə, Dövlət Agentliyinin hazırladığı “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2025-ci ilədək icbari tibbi sığortanın xidmətlərindən ödənişsiz istifadə edə biləcəklər. Bununla da həmin şəxslərin icbari tibbi sığorta haqlarını yenə dövlət ödəyəcək".

 Bəli, dövlət öz insanlarına tibb sahəsində də qayğı göstərir. Amma vətəndaşlar da çalışmalıdırlar ki, xəstələnməsinlər...

ELŞAD

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN