Bu gün Bakı daha bir mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək...

Tezadlar.az Qırğızıstanın manas.news portalına istinadla bildirir ki, Prezident Sadır Cəfərov BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramı (SPECA) üzrə Dövlət Başçılarının Zirvə Görüşündə iştirak etmək üçün Bakıya işgüzar səfərə yola düşüb. Bu barədə prezident administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib. Məlumatda deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən sammit SPECA Proqramının 25 illik yubileyi günlərinə təsadüf edir və bu il xüsusi əhəmiyyət kəsb edir. Mərkəzi Asiya ölkələrinin liderləri iqtisadi əməkdaşlığın əsas məsələlərini müzakirə etmək, prioritet vəzifələri müəyyənləşdirmək və regionun iqtisadiyyatlarının gücləndirilməsinə yönəlmiş bir sıra sənədləri təsdiqləmək üçün bir araya gələcəklər. İşgüzar səfər zamanı Sadır Cəfərovun SPECA Sammitində çıxış edəcəyi və regionda əməkdaşlıq məsələləri ilə bağlı fikirlərini bölüşəcəyi gözlənilir. İki ölkə arasında əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün Qırğızıstan prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü də planlaşdırılır.

Ermənistan istisna olmaqla, Dünya ölkələrinin mediası da Bakının ev sahibliyi edəcəyi Sammitə xüsusi önəm verərək məlumatlar tirajlamaqdadır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN