Məlum olduğu kimi, ötən gün Tezadlar TV (TTV) internet televiziyasının efir saatının  qonağı vaxtilə Xankəndidə yerləşən Pedaqoji İnstitutda çalışmış filologiya elmləri doktoru, professor Raqub Kərimov idi.

Mövzu isə noyabrın 28-də Prezident İlham Əliyevin imzalamış olduğu "Qarabağ Universitetinin yaradılması haqqında" Sərəncam idi.

Mövzu ətrafında söhbət zamanı professor Raqub Kərimov o zaman ermənilərin azərbaycanlı müəllim və tələbə heyətinə etdiyi təzyiqlər, ermənilərə qarşı göstərdikləri dirəniş, şahidi olduğu hadisələr barədə xatirələrini danışıb və yaradılacaq “Qarabağ Universiteti” ilə bağlı təkliflər səsləndirib.

Bu gün redaksiyamızın poçtuna şair, tərcüməçi, professor, həmçinin bir zamanlar Xankəndidə fəaliyyət göstərən Pedaqoji İnstitutda çalışmış Ənvər Əhmədin qızı İlhamə Ənvərqızı tərəfindən məktub daxil olub.

Məktubu olduğu kimi təqdim edirik:   

“Ənvər Əhməd Xankəndi İnstitutunu Şuşada yaşatmaq üçün can qoydu, dəfələrlə o zamankı səlahiyyətli məsul insanların qəbulunda oldu ki, heç olmasa instituta "Qarabağ Universiteti" adı verilsin ki, Qarabağ adı yaşasın.

Ancaq o zamankı təhsil naziri bildirdi ki, bunun üçün maddi texniki baza yoxdur. Cünki ölkədə müharibə gedirdi, bir milyon qacqın vardı.

Zatən, Şuşa, Ağdam işğal olunduğu ücün institut sonradan filial kimi məcburən Ağcabədi rayonunda məskunlaşdı.

Şuşa işğal olunana kimi isə institut Şuşada fəaliyyət göstərirdi.

Ancaq tələbələri aparan avtobuslar hər dəfə Xankəndi-Şuşa yolundan kecəndə erməniler tərəfindən daş-qalaq olunurdular. Qız-gəlinlərin həyatı, namusu təhlükədə idi.

Belə ağır, təhlükəli şəraitdə belə müəllim-tələbə heyəti ta ki, Şuşa alınana kimi hər dəfə Xankəndinin yanından keçərək Şuşaya gedirdi…

Və atam son ana kimi institutun Şuşada qalması ücün calşırdı. Hətta Elcibəyin qəbulunda belə olmuşdu.

Şuşa və Ağdam işğal olunduqdan sonra isə zatən Şuşa qacqınlarının coxu Ağcabədidə məskunlaşdığı ücün (sonradan başqa bölgələrə də yayıldılar) məcburən institut Ağcabədidə filial kimi fəaliyyət göstərməli oldu.

Hətta atam Ənvər Əhməd Şuşadan qacqın düşmüş, heç bir qohumluq bağımız olmayan çoxuşaqlı bir ailəni evimizdə yerəşdirdi. Neçə il o ailə bizim evdə yaşadı.

Həqiqətən dünyadan köcən insanın arxasınca ağ yalanlar uydurmaq, qeybət qırmaq kişilik deyiI!

Ayıb olsun!

Görəsən, Ənvər Əhməd sağ olanda Raqub Kərimоv hardaydı, niyə ekrana, canlı debata cıxıb bu ağ yalanları uydura bimirdi?

İndi dünyadan köcənin arxasınca danışmaq asandır, kişi ona deyərəm ki, Ənvər Əhməd sağ olanda canlı debata çıxıb bu ağ yalanlarını sübut edə biləydi!

İndi ele danışır ki, sanki Raqub bəy Xankəndində qəhrəmanmış.

Aydındır ki, rektor olmaq istəyir. Olsun, ancaq bunun ücün ölənin arxasınca danışıb ağ yalan uydurmasın!

Şuşa, Ağdam işğal olunduğu halda Ənvər Əhməd institutu orda nece saxlaya bilərdi?

Bütün yataqxana və məktəblər qaçqınlar ilə dolu idi... O zamankı hökümət orqanları icazə vermədikdən sonra atam nə edə bilərdi?

Rektor işlədiyi bütün illərdə atam calışırdı ki, institut filial yox, Qarabağ Universiteti adlansın, bu yolda can qoydu, sağlığını itirdi.

Bu ağ yalanları nə haqla uydurursuz? İnsan hec olmasa öz vicdanına hesab verər…”, - deyə o, yazır.

Qeyd edək ki, canlı efir zamanı ayrılan vaxt iki dəfə artıq istifadə olunduğu üçün verilişdə bəzi məsələlər barədə danışmaq mümkün olmadı.

Çünki bizdə olan məlumata görə, 1992-ci ildə Ənvər Əhməd Ağcabədidə “Qarabağ” özəl İnsitutunu təsis edir, lakin onun ömrü cəmi 1 il çəkir... Sonradan həmin institutun tələbələri o zaman fəliyyətdə olan “San-Marino” Universitetinə köçürülürlər...

Onu da əlavə edək ki, professor Raqub Kərimov canlı efir zamanı Ənvər Əhmədin hadislər zamanı oradan uzaqlaşması barədə cümlə səsləndirib. Və həmin cümlə Ənvər Əhmədin ailəsində xoş qarşılanmayıb...

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN