"Təzadlar" qəzetinə Sumqayıt şəhər sakini, şəhid ailəsi Səfərəliyeva Nərminə Əli qızı tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova, surəti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılova ünvalı müraciəti daxil olub. 

 “Dövlət Başçımız İlham Əliyev Cənablarının göstərişləri sayəsində gənclər şəhəri doğma Sumqayıtımız günbəgün gözəlləşir. Şəhər sakinləri və qonaqlar Sumqayıtda gedən quruculuq, abadlıq işlərini alqışlayır.

Əfsuslar olsun işlərini təşkil edə bilməyən bəzi qurumlar  yarıtmaz fəaliyyətləri ilə şəhərimizdə sürətlə davam edən quruculuq işlərinə kölgə salırlar.

Sumqayıt şəhər stansiya Sumqayıt qəsəbəsi ərazisində MERO-nun arxa tərəfindəki yaşayış massivində kanalizasi sisteminin olmaması üzündən biz sakinlər əziyyət çəkirik. Burada 7 küçə hər küçədə təqribən 20 fərdi yaşayış evi var. Ərazidə 140-a yaxın ailə məskunlaşıb. Biz sakinlər çirkab sularını şambolara axıtmaq məcburiyyətindəyik.

Ərazidə antisanitariya hökm sürür. Axan çirkab suları həyətlərimizə yayılır, hasarlara ziyan vurur. Bununla bağlı Sumqayıt şəhər Su Kanal idarəsinə müraciət etmişik. İdarədən bildirilir ki, adı çəkilən əraziyə boru xəttinin çəkilməsi Su idarəsinə aid deyil, bu, özəl şirkətlərin səlahiyyətindədir.

Xahiş edirik qeyd edilən əraziyə kanalizasiya xəttinin çəkilməsi üçün bizdən Öz köməyinizi əsirgəməyəsiniz. Öncədən Sizə minnətdarıq.

 Hörmətlə,

Çoxsaylı sakinlər adından      

Şəhid ailəsi :Səfərəliyeva Nərminə Əli qızı”, - deyə müraciətdə qeyd edilir.

Redaksiyadan: Məsələ ilə bağlı aidiyyəti qurumlarla əlaqə saxlamağa çalışırıq.

Ümid edirik ki, həmin ünvanda yaşayan həm şəhid Həsən Qorçuyevin həyat yoldaşı Səfərəliyeva Nərminə xanımın, həm də 100-dən çox ailənin probleminə əlac tapılacaq.

 

Y.MƏMMƏDLİ

 

                                                       

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN