...Hansısa şirkət Şuşada Yeni il şənliyi keçirmək istəyən Şuşa həsrətlilərə təkliflər paketini ünvanlayıb...

Bu təkliflər paketi nə dərəcədə realdır, deyə bilmərəm, çünki rəsmi qaynaq tapmadım. Amma hesab edirəm Şuşa adına yaraşmayan bu təkliflər paketi ictimai narazılığı qızışdırmağa hesablanmış təxribata bənzəyir... Məsələn, elandan bəlli olur ki, 2 gün 3 gecəlik istirahət 2500-3500 manat arasıdır. Elə sosial platforma istifadəçiləri də kimi gəldi qınayır, bəziləri təxribatçı ifadələr də işlədir. 

Hesab edirəm, Turizm Agentliyi bu məsələyə aydınlıq gətirməlidir. Həmin qoymətə Türkiyədə 10 gün, Gürcüstanda 1 ay, Aralıq dənizi sahillərində, Dubayda... 14 gün kef çəkmək olar... 

Nə isə... Aydınlıq gətirilsə, yaxşıdır. Əsas da ona ki, bu məbləğə Şuşada nə etmək olar? 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN