...Koronavirusla zarafat keçmir... Bu gün daha bir üzücü xəbər aldıq. AMEA-nin Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun əməkdaşı, bu yaxınlarda Ruhi Bağdadinin yaradıcılığı barədə namizədlik dissertasiyasını uğurla müdafiə etmiş araşdırmaçı jurnalist-yazar Şöhrət Səlimbəyli koronovirusdan həyatını itirmişdir.
Çox üzücü xəbər oldu. Ağdamın gözəl günlərini görmək arzulu Şöhrət Səlimbəyli gözəl ziyalı, jurnalist, "Sərbəst düşüncə" qəzetinin baş redaktoru, həm də istedadlı nəşriyyat poliqrafiya mütəxəssisi idi.
Onun səmimi münasibəti və sakit təbiətliliyi daim dostlarının qəlbində yaşayacaq. Allah rəhmət eləsin!
"Təzadlar" ailəsi adından Şöhrət Səlimbəylinin ailəsinə dərin hüznlə başsağlığı verirəm!
Asif MƏRZİLİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN