Bu gündən avqustun 30-u saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 28 avqust saat 00:00-dan 30 avqust saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliteni fəaliyyət göstərməyəcək. 

Məlum olduğu kimi, bu qərar korononavirusla mübarizə çərçivəsində bir müddətdir tətbiq edilir. Lakin ictimai tənqidə məruz qalmaqdadır. Əhali sual verir ki, axı həftənin 5 günü virus "dincəlib" iki gündə fəallaşır ki?! Əksinə, ictimai nəqliyyat işləmədiyindən istirahət günləri hamı taksi xidmətindən istifadə edir. Bu isə həm maddi ziyan vurur, həm də taksidə daha yaxın məsafənin olmasına məcburi şərait yaradır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN