ABŞ KİV-də repressiyalar məsələsini " dəfələrlə " Azərbaycanın qarşısında qaldırıb, cümə axşamı Dövlət Departamentinin nümayəndəsi bildirib.

"Mən hər hansı konkret qarşılıqlı fəaliyyətdən danışmıram, amma biz bu məsələni onlarla dəfələrlə qaldırmışıq", - brifinq zamanı Dövlət Departamentinin nümayəndəsi Metyü Miller KİV-ə qarşı son repressiyalar və həbslər, o cümlədən korrupsiya əleyhinə yazan  jurnalisti Hafiz Babalının və digərlərinin həbsilə bağlı Turan-ın sualına cavab verərkən deyib. “Jurnalistlərin saxlanmasıyla bağlı indiki tendensiya dərin narahatlıq doğurur və biz Azərbaycan hökumətini hər kəsin, o cümlədən fikrin ifadə olunması azadlığını həyata keçirənlərin insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çağırmağa davam edirik”, - Miller deyib.

Hafiz Babalı son üç həftədə Azərbaycanda həbs olunan yeddinci mətbuat nümayəndəsi sayılır. Lakin Azərbaycanın hüquq mühafizə orqanları onların jurnalist fəaliyyəti ilə həbs edildiyini inkar edir. 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN