FHN-nin dörd əməkdaşına - general-mayor Etibar İsmayılova , polkovnik Şahin Mirzəyevə, daxili xidmət polkovniki Aqşin Kazımova və daxili xidmət polkovniki Asif Məmmədliyə ali hərbi və xüsusi rütbələr verilib.

TEZADLAR.AZ Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilsin:

“general-leytenant” ali hərbi rütbəsi

general-mayor Etibar Rəsul oğlu İsmayılova

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Şahin Əyyub oğlu Mirzəyevə

“daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi

daxili xidmət polkovniki Aqşin Böyükağa oğlu Kazımova

daxili xidmət polkovniki Asif Eltufat oğlu Məmmədliyə.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 dekabr 2023-cü il

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN