...Bu gün həftəmizin göydən od yağan isti şənbə günüdür. TƏBİB-in qərarı ilə ictimai nəqliyyat işləmədiyindən hamı şəxsi minik avtomobilinə və taksilərə meydan verib.

Bakının meydanı isə dardır, kiçikdir. Daha dəqiq desəm, daraldıb kiçildiblər... Ona görə də tıxacda qalıb baiskarın qarasına danışan sürücüləri anlamaq lazımdır. TƏBİB-dən isə inciməyə dəyməz. Çünki COVİD-19 həftənin iki günü yatıb istirahət edir, bizim istirahət günlərimizdə də düşür Bakının küçələrinə.

*** 

...Şəkildə gördüyünüz küçəni yəqin tanıdınız. Bakının Rəşid Behbudov küçəsidir. Milli Bankın və Kapitalbank-ın qarşısındakı küçə. Buradan kanalizasiya xətti keçir. Borular mərkəzəqaçma qüvvəsi ilə tikilən Bakı sakinlərinin kanalizasiya ifrazına dözməyib partlayıb. "Azərsu" da burada təmir işi görür. 3-4 gündür. Ona görə də burada tıxacın uzunluğu yetərincədir. Ən azı, yarımb saat burada dayanıb keçməlisən. Yaxşı, bu işi gecələr görmək olmur ki?! Nooldu, gecələr lazımsız işlərlə məşğul ola bilirlər, amma işıq yandırıb operativlik naminə bu bərpa işini tezləşdirmək olmaz?

İki gün istirahət verilir, avtobus və metronu bağlayırlar, Bakının əsas küçələrindən biri də bu halda... Di gəl taksidən istifadə edən sərnişinlərin halına bax...

A.Məmmədli  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN