Bu gün Azərbaycanın unudulmaz xanəndəsi, Xalq artsiti Rübabə Muradova-nın xatirə günüdür

Rübabə Muradova 22 mart 1933-cü ildə İranın Ərdəbil şəhərində anadan olmuşdur.

Sabirabadda dram teatrında təhsil almışdır. Ələsgər Ələkbərov təsadüfən onu görüb Bakıya Filarmoniyaya dəvət etmişdir. 1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. A.Zeynallı adına Bakı Musiqi Məktəbini (Seyid Şuşinskinin sinfini) bitirmişdir (1955). 1971-ci ildə Azərbaycan SSR Xalq Artisti adına layiq görülmüşdür. Güclü, təsirli və müxtəlif çalarlı səsə, orijinal ifaçılıq üslubuna malik müğənni idi. 1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.

Azərbaycan musiqi tarixində böyük xidmətləri olan xanım müğənnimiz uzun illər Opera və Balet Teatrının solisti kimi “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah İsmayıl”, “Aşıq Qərib” operalarında baş rolları ifa etmişdir. Onun ifasında Leyli ("Leyli və Məcnun" – Üzeyir Hacıbəyov), Əsli ("Əsli və Kərəm" – Üzeyir Hacıbəyov), Xanəndə qız ("Koroğlu" - Üzeyir Hacıbəyov), Ərəbzəngi ("Şah İsmayıl" – Müslüm Maqomayev), Şahsənəm ("Aşıq Qərib" – Zülfü Hacıbəyli), Sənəm ("Gəlin qayası" – Ş. Axundova) bir ayrı gözəllikdə idi.
Əsas partiyaları: Leyli ("Leylı və Məcnun" – Üzeyir Hacıbəyov), Əsli ("Əsli və Kərəm" – Üzeyir Hacıbəyov), Xanəndə qız ("Koroğlu" - Üzeyr Hacıbəyov), Ərəbzəngi ("Şah İsmayıl"- Müslüm Maqomayev), Şahsənəm ("Aşıq Qərib" – Zülfü Hacıbəyli), Sənəm ("Gəlin qayası" – Ş. Axundova) və s. "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.

Azərbaycanın Xalq artisti Canəli Əkbərovun xatirələrindən:

"1975-ci ilin sonunda rejissor Mehdi Məmmədov "Leyli və Məcnun" tamaşasını hazırlayanda və mənə deyəndə ki, Leylin Rübabə Muradova olacaq, əlim-ayağım həyəcandan əsdi. Çünki o vaxtlar Rübabə yanğılı səsi ilə çox sevilirdi və insanlar onun avazından ötrü ölürdülər. Nə başınızı ağrıdım, biz səhnəyə çıxanda, zal dağılırdı alqış sədalarından. Tamaşada "Şam" səhnəsi var, orda Rübabə necə nalə çəkirdisə, tamaşaçılar ağlaşırdı. Rübabə özü də ağlayırdı. Bəzən səhnədə göz yaşı tökmək üçün müəyyən vasitələrdən istifadə olunur, amma Rübabə o qədər təbii oynayırdı ki... Hətta deyərdim ki, səhnədə olduğunu, rol oynadığını unudurdu. Qismət elə gətirdi ki, mən rayonlara qastrola da ilk dəfə Rübabə xanımla çıxdım. Rayon camaatı onu o qədər sevirdi ki, görəndə duz kimi yalayırdı.

Onun qəddi-qaməti vardı, qaşı-gözü gözəl idi, buna söz yox. Amma Rübabənin səsi adamı öldürüb-dirildirdi. Ərdəbildən gəlmişdi, vətən həsrətini çəkən qadın idi. Vətəndən söz düşəndə gözünün yaşını leysan kimi tökürdü.

Bir xatirə danışım. Mən Məcnunun Leylinin dərdindən divanə olub, çöllərə düşdüyü səhnəni oynayırdım. Orda ürəkləri titrədən bir səhnə var, nalə çəkirəm. Qrim otağında olan Rübabə necə həyəcanlanmışdısa, səhnənin kənarından mənə baxıb. Səhnəni tərk edəndən sonra mənə qayıtdı ki: "Ədə, camaatı mən ağladıram, sən də məni ağladırsan?" Həmişə şirin Ərdəbil ləhcəsi ilə bizə "ədə" - deyə müraciət edərdi.

Gözəl. Zarafatcıl, yumoru sevən, səmimi, həm də xanım-xatın bir qadın idi. Bir xatirə yadıma düşdü. "Leyli və Məcnun"da ilk dəfə Məcnun olmağımın şərəfinə evimdə qonaqlıq təşkil etdim və bütün yaradıcı heyəti qonaq çağırdım. Amma Rübabənin dalınca özüm getdim, yolüstü tarzən Bəhram Mansurovu da götürdüm. Rübabə onda Voladarski adına Tikiş Fabrikinin yanında qalırdı. Qalxdım yuxarı, gördüm oturub güzgünün qarşısında özünə bəzək vurur. Biz ona "Rubuş" deyə müraciət edərdik. Dedim ki, bəs, Rubuş, səni evdə gözləyirlər, gəlmişəm səni aparım. Gördüm getmək istəmir, qayıtdı ki, yenə toy olsaydı, gələrdim. Mən də ona zarafatla dedim ki, ay Rubuş, bu yazıq Leyli heç Məcnundan yarımadı, onun çörəyini yemədi, heç olmasa, gəl, evimdə bir tikə çörək kəs. Zarafat başa düşən adam idi, bu sözlərimdən sonra bizə gəldi. Evdə də bir gecə qonaq saxladıq. Çünki arvad-uşaq onu çox istəyirdi".

 Xalqın sevimlisi Rübabə xanım Muradova 28 avqust 1983-cü ildə Bakıda vəfat etmiş və Yasamal  rayonunda yerləşən qəbirstanlıqda dəfn edilmişdir.

Allah rəhmət eləsin!

Рубаба Мурадова с ностальгией из Ардебиля (ФОТО)

Rübabə Muradova ölüm ayağında yalvararaq nə istəyib? - FOTO

Rubabe Muradova

Doldur piyaləmi Arazdan mənim

Rübabə Muradova ölüm ayağında yalvararaq nə istəyib? - FOTO

Rübabə Muradova ölüm ayağında yalvararaq nə istəyib? - FOTO

Rubabe Muradova

rubabe-muradova-u0026sp-egiqba Новая музыка 2021 | Скачать mp3 песни онлайн  бесплатно

 Şakir QURBANOV 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN