Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin A.Şaiq adına 2 №-li kitabxana filialının müdiri vəzifəsini icra edən İradə Hüseynova,

kitabxanaçı Dəniz Vətəni və “Qızıl Qələm” media mükafatı  laureatı, vətənpərvər şair Nazlı Yazar T.Abbasov adına 225 nömrəli tam orta məktəbdə şərqşünas-alim, görkəmli ictimai xadim, akademik Ziya Bünyadovun 100 illiyinə həsr olunmuş “Ziyalı günəş” adlı tədbir keçiriblər. Kitabxanadan "Təzadlar"a bildirilib ki, tədbiri giriş sözü ilə İradə Hüseynova açaraq, məktəblilərə akademik Ziya Bünyadovun həyatı, elmi və ictimai-siyasi fəaliyyəti haqqında məlumat verib: "... İ.Hüseynova bildirdi ki, dünya şöhrətli alim zəngin və çoxşaxəli yaradıcılığı sayəsində respublikamızda tarix elminin yeni mərhələyə yüksəldilməsi işinə layiqli töhfələr vermişdir. O, akademik Vasim Məmmədəliyevlə birgə müqəddəs “Qurani-Kərim”i Azərbaycan dilinə tərcümə etmişdir.  Tədbirdə “Qızıl Qələm” media mükafatı laureatı, vətənpərvər şair Nazlı Yazar Ziya Bünyadova ithaf etdiyi “Ziyalı günəş” şeirini oxudu.225 nömrəli tam orta məktəbin Uşaq Birliyi Təşkilatının rəhbəri Gülnarə Hüseynova çıxış edərək bildirdi ki, Ziya Bünyadov öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini bütün dünyaya yayıb...".

 Tədbir iştirakçıları kitabxana filialı tərəfindən hazırlanmış akademik Ziya Bünyadova həsr olunmuş güşə ilə tanış olublar.

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN