Azərbaycan Texniki Universitetinin rektoru, Professor Vilayət Vəliyev hər il keçirilən "İLİN REKTORU" nominasiyasının qalibi olub....
Azərbaycan universitetlərinin facebook səhifəsi öz istifadəçiləri arasında keçirilən rəy sorğusuna görə, seçimlər rektorların il ərzindəki nailiyyətləri, universitet idarəçiliyində qazandığı uğurlar, idarəçilərin bacarıqları sayəsində ali məktəblərin son ildə cəmiyyətdə qazandığı nüfuz meyarları əsasında belə bir seçim edilib.
Beləliklə, Vilayət Vəliyevin idarəçiliyi ilə AzTU-nun təkcə bu il qazandığı uğur və nailiyyətlərin bəzilərini təqdim edirik:
-AzTU-nun ikili diplom proqramları genişləndi, Türkiyənin bir çox nüfuzlu universitet rəhbərləri AzTU-ya gələrək əməkdaşlıq müqavilələri imzaladı.
-AzTU Türkiyənin dünyaca məşhur "Bilişim Vadisi" ilə əməkdaşlığa başladı.
-AzTU-da ən müasir tələblərə uyğun "CezeriLab" laboratoriyası quruldu, tələbələr həmin laboratoriyada ölkədə ilk dəfə olaraq Azərbaycan dilində proqramlaşdırılan 3D printeri hazırladılar.
-Türkiyənin sənaye və texnologiya naziri AzTU-ya gəldi, görülən işlərlə tanış oldu.
-Dünyaca məşhur NOKİA şirkəti AzTU-da laboratoriya açacağını elan etdi, əməkdaşlıq quruldu.
-AzTU-nun tələbələri Avropa İttifaqı da daxil olmaqla bəzi qlobal kampaniyaların veb səhifələrində boşluqlar aşkarladı.
-AzTU ölkənin 16 şəhər və rayonunda irimiqyaslı layihəyə imza atdı - "şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması"
-Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının rəhbəri AzTU-ya gəldi, universitetin layihələri ilə tanış oldu.
-AzTU Cyberpoint ilə əməkdaşlığa başladı.
-AzTU-da TUSAŞ yeni nəsil mühəndis hazırlığı üzrə xüsusi layihələrə start verdi.
-Türkiyənin dövlət korporasiyasının nümayəndə heyətləri AzTU-ya gələrək önəmli görüşlər keçirdi.
-AzTU-da bakalavr və magistr üzrə plan yeri ilk dəfə olaraq 99-100% doldu.
-Magistratura üzrə ölkə 2-cisi, 700 ballı məzunu Anar Abıyev AzTU-nun Süni intellekt ixtisaslaşmasını seçdi.
-Almaniya şirkətlərinin rəhbər şəxsləri AzTU-ya gəldi,  tədqiqat sahəsində əməkdaşlıqlar müzakirə olundu.
 Bütün bunlardan başqa, Vilayət Vəliyev tələbələrə əlçatan rektor olması ilə seçilir.  Bütün bayramlarda universitet əməkdaşları AzTU-dan pul mükafatları ilə mükafatlandırılır. AzTU-nun son illərdəki uğurlarının, universitetin yeni inkişaf yoluna qədəm qoyması bu rektorun adı ilə bağlıdır.
Xatırladırıq ki, 
Biz də "Təzadlar" olaraq Vilayət müəllimi "İlin rektoru" seçimlərində qalib olması münasibətilə ürəkdən təbrik edirik!
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN