Artıq bir müddətdir ki, ölkənin baş naziri ilə prezident arasında "soyuq müharibə" davam edir...

Bu dəfə bu "müharibə" daha gözəçarpan oldu... Belə ki, Prezident Salome Zurabişvili “səfir konfransı”na – Gürcüstanın diplomatik nümayəndəlikləri və konsulluq idarələri rəhbərlərinin illik görüşünə dəvət almayıb. Tezadlar.az Gürcüstan Prezident Administrasiyasına istinadən xəbər verir ki, “Gürcüstan Avropa İttifaqına namizəd ölkədir” şüarı altında keçirilən səfirlərin hazırkı konfransını baş nazir İrakli Qaribaşvili və xarici işlər naziri İliya Darçiaşvili açıblar. Ötən il Zurabişvili də “protokolu kobud şəkildə pozduğuna görə” konfransda iştirak etməmişdi.

 Zurabişvilinin hakim “Gürcü Arzusu” partiyasının hərəkətlərini, xüsusən də onun Rusiya Federasiyasına münasibətini tez-tez tənqid etməsi son aylarda hakimiyyətlə prezident arasında münasibətlərin pisləşməsinə səbəb olub. 

Hər halda, Yeni il ərəfəsində bu cür münasibət heç yerinə düşmür...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN