Bu dəqiqələrdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekunlarına dair ölkənin aparəcı media orqanlarının jurnalistləri üçün mətbuat konfransı keçirir...

 

Nazir çıxışında İranla, eləcə də Avropa ölkələri ilə olan münasibətlər barədə dəyərli açıqlamalar verib. C.Bayramov deyib ki, bu il Azərbaycanın bir sıra Avropa dövlətləri ilə əlaqələri xüsusi dinamikaya malik olub. Ermənistanla sülh prosesi barədə danışan nazir deyib: “Bu mənada, dekabrda baş vermiş inkişaf ciddi etimad quruculuğu tədbiri hesab oluna bilər. Bu razılıq iki ölkə arasında əldə olunub, üçüncü ölkə iştirak etməyib və bu, vacib prosesdir. Sülh gündəliyində bir sıra mühüm proseslər var... İranda səfirliyimizin bağlanmasına gəlincə, bunun konkret səbəbləri var. Bu hücum və təhlükəsizliklə bağlıdır. İnsanların həyat və təhlükəsizliyinə ciddi risk vardı... Gözləntimiz bundan sonra odur ki, bu cinayəti törədən şəxs cəzalandırılmalı və səfirliyimizin təhlükəsizliyinə tam təminat verilməlidir. Nəticələrdən asılı olaraq qərar qəbul olunacaq. Müsbət həll olarsa, səfirliyimizin bərpası mümkün olacaq”.

Xatırladırıq ki, mətbuat konfransında jurnalistlərin nazirə ünvanladığı özəl suallara da cavab veriləcək.

Nazirin illik hesabat konfransında "Təzadlar"ın əməkdaşı Elçin Məmmədli də iştirak edir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN