Bu gün ARB-də yayımlanan "Həmin Zaur" verilişinə dəvət edilmiş stilist Anar Ağakişiyevə müğənnilərin fotoları göstərilib və o, geyimləri dəyərləndirib. Onlar xanım müğənnilər olub. Stilist onların hər birinin geyimini tərifləyib.

Lakin sıra Xalq artisti Aygün Kazımovaya çatdıqda isə o bundan imtina edib və “Şərəf olar” deyib.

Aparıcının israrına baxmayaraq, stilist geyimi dəyərləndirməyib. Zaur Kamal isə Aygün Kazımova ilə Anar Ağakişiyevin küsülülüyündən, incikliyindən xəbərsiz olduğunu və vəziyyətin belə alındığı üçün təəssüfləndiyini bildirib.

Verilişdə müğənnilər - Sevinc- Sevil bacıları, Nurlan Təhməzli və DJ Roşka da iştirak ediblər.

Bacılar Xalq artisti Aygün Kazımovanın hər zaman zövqlü geyindiyin vurğulayıblar.

Xatırladaq ki, Anar Ağakişiyev bir neçə ay öncə Xalq artisti Aygün Kazımovanın xarici görünüşü ilə bağlı ağır sözlər bildirmişdi.

a

Belə ki, o, “Instagram” səhifələrinin birində müğənninin videosuna belə bir şərh yazmışdı:

“Qoca transa oxşayır! 53 yaşında azərbaycanlı xanım belə görünməməlidir! Hər şeyin ədəbi, üsulu var. Həyatda ən çəkindiyim şey - yaşlananda Allah ağlımı almasın”.

anar-aygun

 Qeyd edək ki, bu dəqiqələrdə veriliş efirdə davam edir...

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN