Ukrayna bu səhəri ağrı içində açdı...

Belə ki, səhər erkən Rusiya  ölkə ərazisində necə gəldi 110-a yaxın raket atıb, onların əksəriyyəti vurulub, lakin hər halda bəziləri hədəfə dəyib, ölümlər və dağıntılar var... Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, prezident Vladimir Zelenski özünün tvitter hesabında belə yazıb... Vladimir Zelenski deyib: "Rusiya “arsenalında olan, demək olar ki, hər şeydən: “Kinjal”lardan, “S-300”lərdən, qanadlı raketlərdən, PUA-lardan” istifadə edib. "Strateji bombardmançı təyyarələr X-101/X-505 buraxıb. Təxminən 110 raket atılıb, onların əksəriyyəti vurulub.  Təəssüf ki, atəş nəticəsində ölən və yaralananlar var”.

Tezadlar.az həmin dağıntə videosunu təqdim edir...

Prezidentin deyib ki, ruslar Kiyev, Lvov, Odessa, Dnepr, Xarkov, Zaporojye və digər şəhərlərə hücum ediblər. Doğum evi, təhsil müəssisələri, ticarət mərkəzi, hündürmərtəbəli və fərdi yaşayış evləri, ticarət anbarı, avtomobil dayanacağına ziyan dəyib. Zelenski əlavə edib ki, bütün xidmətlər gücləndirilmiş rejimdə işləyir və insanlara lazımi yardım göstərir. "Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm, yaralananların tezliklə sağalması arzu edirəm. Terrorçuların hücumlarına mütləq cavab verəcəyik. Ölkəmizin, hər bir şəhərin, bütün xalqımızın təhlükəsizliyini təmin etmək üçün mübarizə aparacağıq. Rusiya terroru uduzmalıdır - və məhz belə olacaq”.

Ukrayna isə Rusiyanın əsas şəhərlərini raket zərbələrinə məruz qoymaq üçün fövqəladə hərbi hazırlıq vəziyyətinə hazırlaşır. Artıq Rusiyanın bəzi şəhərlərində insanlar həyəcan içindədir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN