Türkiyənin yeni hücum pilotsuz uçuş aparatı (PUA) ANKA-3 ilk uçuşunu uğurla həyata keçirib.

Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" səhifəsində bildirib. Sitat: "Ümid edirəm ki, təyyarəmiz qabaqcıl texnologiyası, dizaynı və performansı ilə müdafiə qabiliyyətimizi gücləndirəcək".

ANKA-3 gizli texnologiyalardan istifadə edilməklə “uçan qanad” dizaynına uyğun olaraq yaradılmışdır ki, bununla da o radar stansiyalarını (radar) təsirsiz hala gətirir. PUA turbojet mühərriki ilə təchiz edilib. Dronun maksimal uçuş hündürlüyü 12 km, havada qalma müddəti 10 saat, faydalı yükü 1 200 kq, maksimal sürəti 800 km/saatdan yuxarıdır.

Ermənistan isə Fransadan, Hindistandan... sınıq-salxaq silahlar alır. Alsın! Pulları silməyin bir yolu da belə silahları alma meydanıdır...

A.Məmmədli

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN