Azərbaycanda ali təhsilli insanların sayı bir o qədər də çox deyil.

TEZADLAR.AZ xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov fb səhifəsində bildirib.

Onun sözlərinə görə, 10 il əvvəl təhsillilərimizin sayı daha çox olub.

"2022-ci ilin əvvəlinə olan rəsmi rəqəmlərə görə, ölkədə 15 yaşdan yuxarı əhalinin hər 1000 nəfərindən cəmi 140 nəfər ali təhsillidir. 10 il öncə bu göstərici 125 nəfərə bərabər idi. Yəni, son 10 ildə 15 yaşdan yuxarı əhali arasında ali təhsillilərin sayı 12% artıb.

Ali təhsillilərlə yanaşı, hazırda ali təhsil müəssisələrində təhsil alanların sayına görə də, Azərbaycan nəinki inkişaf etmiş ölkələrdən, MDB ölkələrindən də geri qalır. Rəsmi rəqəmlərə görə, Azərbaycan MDB ölkələri arasında əhalinin hər 10 min nəfərinə düşən tələbə sayına görə sonuncudur.

2022-ci əvvəlinə olan göstəriciyə görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 300 min nəfərə bərabərdir. Ölkədə ali təhsilli şəxslər isə iqtisadi fəal əhalinin cəmi 16.6% təşkil edir. Ali təhsil göstəriciləri bağlı fərqlər cinslər üzrə də müşahidə edilir. Əgər iqtisadi fəal qadınların cəmi 14%-i ali təhsillidirsə, kişilər üçün bu göstərici 19%-ə bərabərdir", - deyə ekspert qeyd edib.

Qeyd edək ki, təhsil eksperti MDB ölkələri üzrə əhalinin hər 10 min nəfərinə düşən tələbə sayını da təqdim edib:

c

P.S. Onu da xatırladaq ki, məlum səbəblərdən Ukrayna MDB çərçivəsində bağlanmış bəzi beynəlxalq müqavilələrdən, sazişlərdən  çıxıb. Lakin Ukrayna de-yure də olsa MDB-nin tərkibində qalmaqdadır.

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN