Xəbər verdiyimiz kimi, erməni düşüncəli Makronun susqunluğu sayəsində Fransadakı erməni vandallarının təhriki və təzyiqi ilə Xurşudbanu Natəvanın abidəsi dağıdılıb...

Rusiyada yaşayan tanınmış politoloq, professor Kamran Rüstəmov bu qeyri- insani hərəkətlə bağlı maraqlı təkliflə çıxış edib. "Təzadlar"a açıqlama verən professor dedi: "...Özümüzü yormayaq və Fransızların qabağında alçaltmayaq, əyməyək ki, ay amandır, Natəvanın abidəsinə dəyməyin və s. Bunları xahiş etməyə dəyməz. Bu, sadəcə olaraq, Fransa hakimiyyətinin türkofobiya xəstəliyinə tutulmasını bir daha nümayiş etdirir. Təklif edirəm ki, sadəcə, Natəvanın abidəsini oradan götürərək Bakıda - Fransanın Azərbaycandakı səfirliyi ilə üzbəüz əraziyə qiymaq lazımdır... Vəssalam...".

Ruscadan sitat: "...Стоит ли унижаться и просить не трогать памятник ХуршудБану Натаван во Франции.  Это просто еще раз демонстрируют что такое Франция в своей тюркофобии. Его просто надо забрать и установить в Баку напротив посольства Франции в Азербайджане".

Biz də hesab edirik ki, professorun təklifi icra olunarsa, bu, Fransa hakimiyyətinin erməni dəyirmanına su tökən və qatı ermənipərəstliyini göstərən vandal hərəkətinə ən yaxşı cavab olardı...

Asif Mərzili

4024afe8-e1c5-451a-a2fc-dc215358b8c6

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN