İran prezidenti İbrahim Rəisinin sözlərinə görə, oktyabrın 7-də “Həmas”ın İsrailə qarşı həyata keçirdiyi “Əqsa tufanı əməliyyatı” adlı hücum İsrailin məhvinə gətirib çıxaracaq.

Tezadlar.az bildirir ki, prezident bu barədə İranda baş verən partlayışlar nəticəsində ölənlərin dəfn mərasimində çıxışı zamanı qeyd edib. Onun sözlərinə görə, partlayışları törədənlər İranın gücünü bilirlər: “Düşmənlərimiz İranın gücünü görür və bütün dünya onun gücünü və imkanlarını bilir. Bizim qüvvələrimiz lazımi vaxt və yerdə hərəkətə keçmək barədə qərar qəbul edəcək”, - deyə İran prezidenti bildirib. Bu arada İranın daxili işlər naziri Əhməd Vəhidinin bəyanatına əsasən, İranın Kirman şəhərində baş verən partlayışla bağlı bir neçə şübhəli həbs edilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN