Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündə müzakirə olunan məsələlər açıqlanıb.

Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilir. Təxminən 2 saat davam edən görüşdə Qəzzadakı vəziyyət, İsveçin NATO-ya üzvlük prosesi və F-16-ların satışı müzakirə edilib. Qeyd olunub ki, Dövlət katibi münaqişənin genişlənməsinin qarşısının alınmasının, girovların azad olunmasının, humanitar yardımın genişləndirilməsinin və mülki əhali arasında itkilərin azaldılmasının, eləcə də regionda möhkəm və davamlı sülhün əldə edilməsi istiqamətində işlərin görülməsinin vacibliyini vurğulayıb. Buraya İsrailin təhlükəsizliyi və Fələstin dövlətinin yaradılması daxildir. A.Blinken isə sosial media hesabında bildirib ki, Ərdoğanla Ukraynadakı münaqişə də daxil olmaqla, Avropa təhlükəsizliyi məsələlərini, həmçinin İsveçin NATO-ya üzvlüyünün başa çatması və Vaşinqtonla Ankara arasında ticarət və investisiya əlaqələrinin gücləndirilməsini müzakirə ediblər.  

 Türkiyədən sonra ABŞ dövlət katibi Yunanıstan, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail, İordaniyanın Qərb Sahilində və Misirdə görüşlər keçirəcək.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN