ABŞ dünya imperatorluğunu, öz imperatorluğunu qorumaq üçün ayrı-ayrı dövlətlərə təzyiq etməkdədir.

Bəzi dövlətləri demokratiya ideyası altında işğal edir. Həmin dövləti klonlaşdırır, öz təsirinə salır. Hansı dövlət ki ABŞ-nin maraqlarına xidmət etmir, həmin dövlətlərdə ya insan haqları, ya söz azadlığı, ya din azadlığı məhdudiyyəti kimi bəyanatlarla çıxış edərək təzyiqlər edir."
 
Bu sözləri Tezadlar.az- a açıqlamasında siyasi şərhçi Azad Məsiyev bildirib: "ABŞ ayrı-ayrı dövlətləri öz təsirinə salmaq üçün yüngül təzyiq metodundan istifadə edir. Bəzi dövlətlərə isə əzələ nümayiş etdirərək öz təsirinə salır. Misal üçün Cənubi Koreya ilə biryerdə təlim keçirməklə Şimali Koreyaya təzyiq göstərir. Bu əzələ nümayişidir. Rəngli inqilablar adı, demokratiya bayrağı adı altında inqilablar edib, həmin dövləti klonlaşdırır, təsirinə salır, sonra isə istifadə edir. 
Azərbaycan beynəlxalq təşkilatlar qarşısında öhdəlik götürüb. ABŞ-nin Azərbaycanla bağlı hansısa bir bəyanatı, dinləmələrdə çıxarılan qərarlar bizim üçün heç bir hüquqi əhəmiyyət kəsb etmir. Azərbaycan ABŞ qarşısında heç bir hüquqi öhdəlik götürməyib ki, onların verdiyi bəyanat bizim üçün əsas olsun. ABŞ özünü dünyanın reketi kimi aparır. Ayrı-ayrı dövlətlər, şirkətlər barəsində əsaslı-əsassız qərarlar qəbul edib, sanksiya tətbiq edir. 2014-cü illərdə ABŞ Ukraynada demokrat ideyası adı altında işğalçılıq etdi. 2015-ci il fevral ayının əvvəllərində Barak Obama açıq şəkildə dedi ki, Ukraynada hakimiyyəti biz deviririk. Adama deyərlər, xalq tərəfindən seçilən prezidenti hansı əsasla devirə bilərsən? 
Əgər ABŞ demokratik dövlət idisə, Co Bayden seçilən dönəmdə Trampın tərəfdarları Ağ ev qarşısında etiraz etdi. Amerikada demokratiyanın boğulduğunu və seçkinin saxtakarlığını bəyan etdilər. Həmin etirazçılar güllələndilər. Ölən və yaralananlar oldu, kütləvi həbslər başladı. Hazırda Trampın yenidən seçkiyə qatılmaması üçün müxtəlif bəhanələrlə onun hüquqları tapdalanır. ABŞ-nin bu gün demokratiyadan, insan haqlarından, din azadlığından danışmağı yersizdir. 
Bəli, Azərbaycanda ayrı-ayrı dövlətlərin maraqlarına xidmət edən, din adı altında cəsusluqla məşğul olan insanlar var. Bunun dinə aidiyyatı yoxdur. Xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa görə həbs olunanlar var, bu şəxslər barəsində cinayət işləri aparılır. ABŞ Azərbaycanı öz təsirinə salmaq üçün bu metodlardan istifadə edir. Çünki, ABŞ Cənubi Qafqaza girmək istəyir və bu siyasəti Ermənistan üzərindən həyata keçirmək istəyir. ABŞ-nin strateji hədəflərindən biri Azərbaycanla Rusiyanı qarşı-qarşıya qoymaqdır. Çünki, Cənubi Qafqazda aparıcı dövlət Azərbaycandır. Cənubi Qafqazdakı bütün tədbirlər Azərbaycanla razılaşdırılaraq həyata keçirilir. Buna görə ABŞ insan haqları, demokratiyanın boğulması, dini ayrıseçkiliklə bağlı bəyanatlar verərək, Azərbaycana təzyiq etmək istəyir. Hesab edirəm ki, ABŞ-nin Azərbaycanla bağlı verdiyi qərarlar qərəzlidir, Azərbaycana təzyiqdən başqa niyyət daşımır."

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN