"Respublika doğum evi" kimi tanınan və Ali Məhkəmənin qonşuluğunda yerləşən Respublika Perinatal Mərkəzində yanğın baş verib...

Hadisə yerində olan "Təzadlar"ın əməkdaşı bildirir ki, yanğın qısa müddətdə söndürülüb. fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda da deyilir ki, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri həyata keçirilib. Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də yanğın baş verən ərazidə olub. Yanğın Mərkəzinin dördüncü mərtəbəsində baş verib. Binanın dörd və üçüncü mərtəbələrindəki xəstələr, yəni dünyaya uşaq gətirmiş analar və doğuşa hazırlanan analar, həmçinin tibb personalı  təxliyə olunub. Vurğulanıb ki, hadisənin ilkin səbəbi isə hələlik bəlli deyil.

Çox gümqn ki, yanğın elektrik cihazlarından qaynaqlanıb. Xəstələrin qohumlarının əməkdaşımıza bildirdiyinə görə, mərkəzdə istilik sistemi normal işləmədiyindən həm də elektrik qızdırıcılarının və kondisionerlərin imkanlarından istifadə edilirmiş.

"Təzadlar" 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN