İbrahimovlar ailəsi «Təzadlar»dan kömək istəyir…

Redaksiymıza müraciət edən İradə İbrahimova anasının həkim naşılığı səbəbindən öldüyünü iddia edir və Respublika Prokurorluğuna yazdığı şikayətinin bir surətini də «Təzadlar»a göndərib. Şikayətçi yazır: «Çox hörmətli redaksiya! Anam  Fəridə Eldar qızı İbrahimova 16 dekabr 2023-cü ildə “İstanbul NS” klinikasında həkimlərin əlində dünyasını dəyişmişdir. Səbəbini tam araşdıra bilmirik və bu faciənin başqa ailələrdə təkrar olmaması üçün Sizin tövsiyyənizə və bu şikayətimizi ictimailəşdirməyə, insanların maarifləndirilməsinə ehtiyac var. Xəstə Fəridə İbrahimova Bakıxanov qəsəbəsində yerləşən “Vitamed” və “İstanbul NS” özəl kliniklarda işləyən həkim kardioloq Nicat Əliyevin göstəricisi ilə “İstanbul NS” klinikada  radioloq Ahmed (türk həkim) tərəfindən anju-stend əməliyyatı edilərkən dünyasını dəyişdi. Həkimlər sığorta ilə xəstənin sayı çox olsun prinsipi ilə işləyirlər. Kardioloq Nicat Əliyev və raioloq Ahmed xəstənin yaşının çox olduğunu və damar sisteminin zəif olduğunu bəhanə edib yalnız “özlərini sığortalamaqla” nəzərə almışdılar. Bu məsələnin, artıq qeyd edildiyi kimi, digər ailələrdə baş verməməsi üçün araşdırılmasında köməklik etməsini Sizdən xahiş edirik. Şikayətimizlə bağlı Azərbaycan Baş Prokurorluğuna və Səhiyyə Nazirliyinə də müraciət hazırlamışıq. Xahiş edirik, bizə kömək edəsiniz».

Redaksiyadan: şikayətlə bağlı adı çəkilən həkim-kardioloq Nicat Əliyevin iş telefonuna zəng etdik, lakin onunla hələki əlaqə saxlamaq mümkün olmur. «İstanbul-NS» klinikada hadisədən xəbərdar olduqlarını desələr də, Əliyevlə əlaqə qurmağımızı təmin edə bilmədiklərini bildirdilər: «Həkim başqa klinikada əməliyyatdadır, gələndə çatdırarıq…».

Həkimin də mövqeyini öyrənməyə çalışırıq.

«Təzadlar»

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN