Ukraynada genişmiqyaslı səfərbərliyi və uzun müddətdir döyüşənlərin demobilizasiyasını nəzərdə tutan qanun layihəsi yeni və hazır variantda yenidən Ali Radaya təqdim olunub.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki,  bu barədə Ali Radanın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nazirlər Kabinetində baxılaraq təkmilləşdirilmiş formada parlamentə geri təqdim olunan qanun layihəsi bu həftədən müzakirəyə çıxarıla bilər. Qanun layihəsinin cəmiyyətdə və beynəlxalq auditoriyada ciddi müzakirələrə səbəb olan məqamları nəzərə alınaraq daha kompromis formaya gətirildiyi bildirilir.

 Sənəddə isə döyüşlərə çağırış yaşının minimum 27-dən 25-ə endirilməsi, qadınların səfərbərliyə rəsmən cəlb olunması və bur sıra məqamlar var. Hakim "Xalqın xidmətçisi" Partiyasından deputatlar və prezident Volodimir Zelenski qadınların hərbi səfərbərliyə cəlb olunmasının əleyhinə çıxış ediblər. Qanun layihəsi yarım milyona yaxın şəxsi heyətin orduya cəlb olunmasını nəzərdə tutur və bunun ardınca Ukraynanın cəbhədə daha ciddi nailiyyətlər üçün addımlar atacağı gözlənilir.
Rusiya ilə Ukrayna arasında gedən mənasız müharibə hər iki tərəfdə böyük itkilərə səbəb olub. Artıq Rusiyada da müharibədə canlı qüvvə qıtlığı və ya çatışmazlığı hiss olunur. Döyüşə getməlilərin bir çoxu ölkəni tərk etməyə çalışır və ya artıq tərk edib. İş o yerə çatıb ki, Rusiya prezidenti başqa ölkələrdən döyüşçü cəlb etmək üçün Fərman da imzalayıb. Ölkə vətəndaşları isə belə mənasız müharibədə ölmək istəmir. Bunu Rusiyanın sosial şəbəkə istifadəçilərinin müzakirələri də təsdiqləyir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN