“Global Fire Power” 2024-cü il üzrə dünyanın ən güclü ordularına malik ölkələrin siyahısını açıqlayıb.

Tezadlar.az "Azadlıq Radiosu"na istinadla xəbər verir ki, siyahı ölkələrin ordularının hərbi bölmələrinin sayı, maliyyə, logistika imkanları və sair kimi 60 individual faktor nəzərə alınmaqla hazırlanıb. 145 ölkənin yer aldığı siyahıda ABŞ ordusu dünyanın ən güclü ordusuna malik 1-ci ölkə olub.
Reytinqin ilk onluğu aşağıdakı kimidir: 1. ABŞ 2. Rusiya 3. Çin 4. Hindistan 5. Cənubi Koreya 6. Böyük Britaniya 7. Yaponiya 8. Türkiyə 9. Pakistan 10. İtaliya Diqqət mərkəzində olan ölkələrdən isə İran 14-cü, Misir 15-ci, İsrail 17-ci, Ukrayna 18-ci, Almaniya 19-cu, Azərbaycan 59-cu, Gürcüstan 84-cü, Ermənistan 102-ci yerdə qərarlaşıb.

Siyahıya əsasən dünyanın ən zəif orduları Benin (141), Somali (142), Surinam (143), Moldova (144) və Butandır (145).

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN