Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar Prezident seçkilərinin  keçirilməsi ilə əlaqədar

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında və bütün kitabxana filiallarında  “Prezidentimizi seçək” adlı sərgi hazırlanıb. Mərkəzi Kitabxanadan "Təzadlar"a bildirilib ki, sərgidə “Azərbaycan Respublikasının Seçki Məcəlləsi”, habelə  Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən nəşr olunmuş “Prezident seçkiləri. Təlimat, qayda və izahlar” seriyasından olan kitabçalar nümayiş olunur. Sərgi oxucuların marağına səbəb olmuşdur. Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Mərkəzi Kitabxana və kitabxana filiallarında  oxucular üçün “Dəyirmi masa”lar, “Məlumat saat”ları, diskussiyalar təşkil olunur. MKS-nin kollektivi, oxucular, istifadəçilər və izləyicilər öz vətəndaşlıq borcunu yerinə yetirərək seçkilərdə fəal iştirak edəcəklər.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN