...Bakının tıxaclı yollarında hələ də öz yolunu tapa bilməyən ictimai nəqliyyat sistemimiz də var...

Qısası, paytaxtda əhalinin, guya, avtomobildən daha az istifadəsinə hesablanmış bir layihə tətbiq edildi: bəzi (!!!) yolların sağ hissəsinə "BUS" yazıb düz xətt çəkməklə sürücülərə yeni bir cərimə tələsi quruldu. Belə ki, saatlarla tıxacda qalan avtomobil sahibləri girəvə tapan kimi "BUS"un "bostanına daş" atmağa məcbur olurdu. Yəni, qadağan olunmuş yola keçməklə 40 manat cərimə edilirdi və indi də edilirlər... Halbuki, Bakının əsas yollarının hamısına "BUS" qadağası qoymaq mümkün deyil. mümkün olmadığından özü də o bəzi küçələrdə tıxaca düşən avtobus üçün bu "BUS"un nə əhəmiyyəti? Dar küçələrdə hələ bir yolun bir hissəsini də avtobuslar üçün kəsib ayırmaq, əksinə, tıxacı daha da sərt məcraya gətirib çıxarmaq deməkdir.

Sözümüz bunda da deyil: əgər taksilər də ictimai nəqliyyat növü sayılırsa və əhalinin böyük hissəsi tısbağa yerişli avtobuslara deyil, taksilərə üstünlük verirsə, niyə taksilərə də "BUS" yolundan istifadəyə icazə verilmir? Əgər "BUS"laşmada məqsəd əhalinin rahatlığını təmin etməkdirsə, taksilər avtobuslardan daha səmərəli iş görürsə, AYNA rəhbərliyi taksilərin gününü ağlamalıdır... Hansı ki, elə bizim hamımızın Bakı yollarında günü hər gün ağlamalıdır...

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN