Uzun illərdir ki, xarici ölkələrdən Azərbaycana gətirilən saxta ərzaq məhsulları sırasında düyü də var... "Təzadlar" hələ 12 il əvbəl Xırdalanda qablaşdırılıb dükan- bazara ötürülən bu cür saxta düyü haqqında video- sujet hazırlamışdı. Redaksiyada apardığımız laborator təcrübə zamanı əsl düyü ilə həmin saxta düyünün yandırılması prosesi videolaşdırılmışdı. Adi düyü təbii kömür halına gəlsə də, saxta düyü rezin kimi tüstülənərək ətrafa kauçuk iyi verən qapqara tozcuq halına düşmüşdü...
XXX
Yenidən bu məsələ gündəmə gəlib. Sosial platforma istifadəçisi Etibar Əliyev saxta düyünün alıcısı olub və belə bir paylaşım edib: "DİQQƏT! Şəhər marketlərində satılan süni düyülərdən ehtiyyatlı olun. Yoxlamaq üçün əlinizdə ovmağa çalışın, rəngi getsə və şəkildəki kimi şəffav hala gəlsə almayın!!! ÇOX XAHİŞ EDİRİK PAYLAŞIN YAYILSIN, CAMAAT ZƏHƏRLƏNMƏSİN!".
 İnanırıq ki, AQTA və hüquq mühafizə orqanları bir suala cavab verəcək: bu saxta düyü gömrük yoxlamalarından necə keçib ölkə ərazisinə daxil olur? Məgər gömrükçülər kağızla işləyir? Bəs kağızda yazılan məhsulun özünü laborator sınaqdan keçirmirlər???
A.Məmmədli
REDAKSİYADAN: BU VİDEODA DANIŞAN MƏNƏM. "TƏZADLAR"IN İŞ OTAĞINDA VİDEOLAŞDIRILIB. LAKİN MİR.AZ ADLI İSTİFADƏÇİ MÜƏLLİFLİK HÜQUQUNU POZARAQ VİDEONUN GÖRÜNTÜ ÜZƏRİNƏ ÖZÜNÜN EMPLEMİNİ YAPIŞDIRIB. ARTIQ YOUTUBE ADMİSTRASİYASINA ŞİKAYƏT GÖNDƏRİLİB. 
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN