Bir müddət əvvəl Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilmiş, barəsində məhkəmə hökmü çıxarılmış "Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev  yenidən polis tərəfindən saxlanılıb. 

Rəsmi məlumata görə, H.Vəliyev barəsində Daxili İşlər Nazirliyinə bir neçə vətəndaşdan daxil olan müraciətlər əsasında saxlanılıb. Faktla bağlı araşdırma aparılır.  Məlumatı DİN-dən təsdiqləyiblər.

H.Vəliyev daha öncə də həbsdə olub. DTX-nın 2018- ci ildə yaydığı məlumata görə, ölkədə insanları şantaj edən media orqanlarının rəhbərləri və əməkdaşları ilə bağlı istintaq-əməliyyat tədbirləri nəticəsində “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev hədə-qorxu ilə tələb etmə cinayəti üzrə məsuliyyətə cəlb olunub. Məhkəmə onu 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN