...Sonra da deyirik ki, kənddə mala baxan, qoyun otaran... yoxdur...

Yoxdur, çünki müəllif verilişinə çağırıb onlardan lağlağı obyekti düzəldirlər... Nəticədə mal- qoyun əti bahalaşır, yumurta qəhətə çıxır, süd tapılmır, poroşok südü də körpələri xəstə salır... Axı necə də olmalıdır, mal- qoyuna, eşşəyə- ata baxmalılar...  Zaurun, Xoşqədəmin... verilişində "at oynadır". Bəli, dəfələrlə deyilib, bir neçə TV var ki, şou yaratmaq, reytinq qazanmaq naminə kənddəki bekarçılığa meyilliləri Bakıya yığır, Bakıda isə gününü bu bekarçıların dava- qışqırığında, arvad saçyoldularında, qaynana- gəlin söyüşündə... keçirmək istəyənləri faydalı işdən ayırır, psixikasını pozurlar.

Sonda nə baş verir: təsadüfən uşağı itən, əri Rusiyaya Nataşanın yanına qaçan, gəlini toya bir gün qalmış evdən çıxıb gedən... DİN- nin 102 xidmətinə yox, Zaura, Xoşqədəmə... zəng edir. Ya da özünə özü kimi ər və ya arvad axtaran TV- lərdə yaşadığı kəndi- yurdu, qohum- əqrabanı rüsvay edir.

 Maraqlıdır ki, bütün bunlar Audioviziual Şura rəhbərliyinin, DİN- nin, Baş Prokurorluğun, DTX- nin gözü qarşısında baş verir. Ortada, yəni bu başıpozuq, nəzarətsiz TV- lərin efirlərində isə dövlət orqanlarına vətəndaş etimadsızlığı formalaşır.

 Bu günlərdə redaksiyaya zəng edən bir oxucu deyirdi: "...Qonşumun oğlu ad günündə o qədər "vurmuşdu" ki, azıb evə yox, bağ evlərinə getmişdi, orta yatlb 2 gün sonra ayılmışdı... Valideynləri narahat idi. Dedik ki, təcili DİN- nin 102 xidmətinə zəng edin, dedilər, artıq Xoşqədəmə demişik...".

Əllərinə mikrofon alıb küçədə itən uşağı (guya), Nataşanın iyinə Rusiyaya gedəni, evdən qaçan gəlini kənd yollarında axtarmalar sonda yaxşı olmayan nəticələrə gətirib çıxaracaq. Bunların qarşısı alınmalıdır. Demirik ki, TV- lərin efirinə qadağa, tele-aparıcıların hərəkətinə nəzarət qoyun, deyirik ki, dövlət orqanlarına qarşı bu etimadsızlığın qabağını alın... 

SONDA: indi yardım üçün DSMF-yə yox, Zaura üz tutanlar varsa və onların sayı durmadan artırsa, daha nə deyək...

"Təzadlar"

92b2c73c-04b1-4454-9b1d-6af38da1d27c

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN