Asif Mərzili: "Tarix İnstitunun direktoru Kərim Şükürov elmi işçiləri 10 gün sonra baş tutacaq Prezident seçkilərində siyasi fəallıq göstərməyə səsləmək əvəzinə, onların bəzilərini redaksiya əməkdaşlarını və redaksiyaya şikayət etmiş institut əməkdaşını şantaj və təhqir etdirməyə səfərbər edib, siyasi sabotajla məşğuldur..."

"Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili redaksiya işçiləri adından Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyliyə müraciət ünvanlayıb. Müraciətdı deyilir: "Çox hörmətli İsa müəllim. Bildirirəm ki, 16 yanvar 2024- il tarixdə redaksiyanın elektron poçtuna Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Əliyevşünaslıqşöbəsinin aparıcı elmi işçisi Günel Aslanlıdan məktub daxil oldu. Məktubda yazılırdı: «AMEA TarixİnstitutununƏliyevşünaslıqşöbəsinin qapısına (şöbə Ulu öndər Heydər Əliyev irsini araşdırır) şöbə əməkdaşlarını təhqir edəcək şəkildəVərəqəyapışdırılıb. Qeyd edək ki, hadisə təhlükəsizlik kameralarında qeydə alınıb. Hadisə Tarix İnstitutunda böyük qalmaqala səbəb olub, hüquq-mühafizə orqanlarına müraciət edilib. Lakin Tarix İnstitutunun baş direktoru Kərim Şükürov günahkarı cəzalındırmaq və kollektivi sakitləşdirmək əvəzinə, hadisəni törədənBeynəlxalq əlaqələrşöbəsinin əməkdaşı olan Şəhla Rafiq qızı Məmmədlinin vəzifəsini qaldıraraq elmi işçidən böyük elmi işçvəzifəsinə yüksəldib» və s. 

Hörmətli İsa müəllim. Şikayətçi alim G.Aslanlı redaksiyadan kömək istəyirdi. Redaksiya əməkdaşları tədbir görülməsi rəhbərliyin mövqeyinin öyrənilməsi üçün həmin şikayəti institutun direktoru Kərim Şükürova göndərdi. Gözləmədiyimiz halda, K.Şükürov ardıcıl olaraq redaksiya əməkdaşlarına , eləcə Günel Aslanlıya qarşı amansız təhqir və təhdidlərə başladı. Hətta şöbə müdirlərini məcbur edərək əleyhimizə məktublar yazıb göndərtdi. Əməkdaşımız, Qarabağ Müharibəsi veteranı Elçin Məmmədli məsələyə daha geniş aydınlıq gətirilməsi üçün Günel Aslanlıdan müsahibə götürdü saytda yayımlandı. Bundan sonra Kərim Şükürovun adamları, xüsusən Beynəlxalq əlaqələrşöbəsinin əməkdaşı olan Şəhla Rafiq qızı Məmmədli ayrı-ayrı adlı elektron poçt ünvanları yaradaraq mənə Günel Aslanlıya, redaksiya əməkdaşlarına, eləcə Ulu Öndər Heydər Əliyevin ünvanına yönəlmiş (dilə gətirilməsi mümkünsüz olan) təhqirləri yazmağa başladı. Həmin məktubları elektron poçt ünvanlarını Sizə təqdim edirəm.

 Sonradan məlum oldu ki, “Beynəlxalq əlaqələrşöbəsinin müdiri Tofiq Mustafayev də bu sıraya cəlb edildi, redaksiya əməkdaşlarını təhdid edən üsullarla üstümüzə hücum çəkdi. Hansı ki, o, bir müddət əvvəl Azərbaycanın XVIII əsr tarixi barədə yazdığı kitabında Azərbaycanın Qarabağ bölgəsinin əhalisini ermənilər kimi təqdim etməklə yanaşı, həmin kitabda Osmanlı Türkiyəsini quldur, türk əsilli Nadir şahı cinayətkar s. adlandırıb.

 Dəqiq məlumatdır ki, direktor Kərim Şükürovla Tofiq MustafayevBeynəlxalq əlaqələrşöbəsinin əməkdaşı olan Şəhla Rafiq qızı Məmmədlini qabağa verərək onun əli ilə dilə gətirilməsi mümkünsüz olan təhqir dolu məktublar yazdırıb həm redaksiyanın, həm də Günel Aslanlının elektron poçtuna göndərirlər. Məqsəd isə jurnalistləri qorxutmaq hədələməklə peşə fəaliyyətindən imtinaya bu yolla məcbur etməkdir (Azərbaycan CM-nin 163- maddəsi).  

 Bizə ən çox təsir edən isə budur ki, vaxtilə qalmaqalları ilə gündəmdə olmuş, indi Tarix İnstitutunun  direktoru olan K.Şükürov Tarix İnstitutunun Əliyevşünaslıqşöbəsinin aparıcı elmi işçisi Günel Aslanlının Ulu Öndər Heydər Əliyev irsini araşdırmasını qəbul edə bilmir bu istiqamətdə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış bir xanıma qarşı belə aqressivlik göstərirlər. Üstəlik, onun şikayət xarakterli müraciətini yayımlamış jurnalistlərə və qəzetə (sayta) qarşı qanunsuz, elm adına, AMEA adına yaraşmayan əməllərlə məşğuldur. Onun təhriki ilə ortaya atılmış Ş.Məmmədlinin göndərdiyi şantaj xarakterli elektron məktublarda isə jurnalistə və Günel Aslanlının ailəsinə qarşı hədələr və təhqirlər yer almışdır. Məhz bu səbəbdəndir ki, Günel Aslanlıya mənə son iki gün ərzində hədələyici təhqiramiz elektron məktublar göndərilir. Günel Aslanlı həmin məktublardakı ifadələrə yazı üslubuna (bundan əvvəl  ona belə məzmunlu anonim, əslində, aşkar məktublar göndərilib) istinad edərək qəti şəkildə əmindir subut edir ki, həmin məktubları yazıb göndərən Tarix İnstitutunun “Beynəlxalq əlaqələrşöbəsinin əməkdaşı Şəhla Rafiq qızı Məmmədlidir.

Hörmətli İsa müəllim!

AMEA-nın Tarix İnstitutunun rəhbərliyinin bu cür qanunsuz hərəkətləri xarici ölkələrdə məskunlaşmış bəzi radikal qüvvələrin əməlləri ilə həmahəngdir. Direktor Kərim Şükürov qarşıdan gələn Prezident seçkilərində rəhbəri olduğu kollektivin potensial imkanlarını seçkilərin rahatlıqla yüksək siyasi fəallıqla keçməsinə səfərbər etmək əvəzinə, belə qanunsuz, siyasi sabotaj mahiyyətli fəaliyyətlə məşğul olursa, bu dərin təəssüf hissi doğurur, onun əsl niyyətini ortaya qoyur. Bu cür fəaliyyəti seçkiqabağı təxribat adlandırıram təəssüf ki, direktor 280-ə yaxın elmi əməkdaşı olan kollektivi hazırda bu cür qanunsuz fəaliyyətə məcbur etməkdədir.

 Odur ki, redaksiya əməkdaşlarına gənc alim Günel Aslanlıya, həmçinin «Əliyevşünaslıq şöbəsi» qarşı bu cür qanunsuz fəaliyyətin kimlər tərəfindən törədilməsinin aşkarlanması, hədələyici ağır formada təhqir dolu elektron məktubların konkret kimlər tərəfindən göndərilməsinin aşkar edilməsi üçün hüquq mühafizə orqanlarına müraciət edilmişdir. Lakin rəhbəri olduğunuz AMEA- nın tabeliyində olan belə bir elm ocağında - Tarix İnstitutunda baş verənlərin qarşısının alınması, bu işdə günahkar olanların cəzalandırılmasını Sizdən xahiş edirik. Kərim Şükürov və onun məlum qanunsuz əməllərinə dəstək verənlər bilməlidir ki, Tarix İnstitutu elm ocağıdır, intriqa yuvası deyildir...".

İnanırıq ki, AMEA rəhbərliyi və hüquq mühafizə orqanları qarşıdan gələn prezident seçkiləri ərəfəsində Tarix İnstitutunda baş verənlərə hüquqi qiymət verəcəkdir.

Elçin Məmmədli,

Jurnalist, Qarabağ Müharibəsi veteranı

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN