gürcüstanda "Azərbaycan Evi"nin təşəbbüsü və təşkilatçılığı ilə Avropa ittifaqının Tbilisi ofisinin önündə "Ayrı-seçkiliyə və ikilli standartlara son!" tələbi ilə aksiya təşkil olunub.

Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, aksiyada ermənilərin Gürcüstan ictimaiyyətinə həqiqətləri təhrif edərək çatdırmağa çalışdığı, ictimaiyyəti çaşdırmaq istədiyi qeyd olunub, Ermənistandan Azərbaycana qarşı mina terroruna son verməsi, minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməsi tələb edilib.
 Aksiya iştirakçıları "Erməni terroruna son", "Ekoloji terrora son", “Xocalıya ədalət!” və digər şüarlar səsləndiriblər. "Azərbaycan Evi"nin rəhbəri Məhəbbət İmanov bildirib ki, aksiya AŞPA-nın qərəzli mövqeyinə və erməni yalanlarına son qoymaq məqsədilə təşkil olunub. O bildirib ki, Gürcüstanda yaşayan soydaşlarımız da özünü demokratiyanın beşiyi, insan hüquq və azadlıqlarının müdafiəçisi hesab edən AŞPA-ya sərgilədiyi yanlış mövqeyə görə öz etirazlarını bildirirlər.
 Aksiyada iştirak edən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin direktoru Murad Muradov isə bildirib ki, azərbaycanlıların bu aksiyası bəzi qüvvələrin çirkin əməllərdən çəkinməsinə təkan verəcək.
Xatırladaq ki, dinc şəkildə keçirilən aksiyada yüzlərlə yerli azərbaycanlı iştirak edib.

Eyni vaxta isə ermənilərdən bir neçə nəfər də Azərbaycan əleyhinə aksiyaya cəhd edib. Lakin ağlı başında olan ermənilər küçəyə çıxmaqdan imtina ediblər və araqarışdıran digər siyasi dəllalların niyyəti baş tutmayıb.

A,Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN