Dövlət Təhlükəsizliyi Xidmətində Ruben Vardanyan barədə cinayət işinin istintaqı davam edir.

Məlum olduğu kimi, separatçı milyarder kimi tanınmış Ruben Vardanyan barəsində həbs qətimkan tədbirinin müddəti Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə uzadılıb.

Həmin qərardan Ruben Vardanyanın müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib.

Bakı Apellyasiya Məhkəməsində keçirilmiş proses nəticəsində məhkəmənin qərarı elan edilib. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və R.Vardanyanın barəsində həbs müddətinin uzadılması barədə birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılıb.

Hazırda digər separatçılarla birlikdə Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılan Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, bu yaxınlarda Azərbaycan dövlətinə, xalqına qarşı etdiyi cinayət əməllərinə görə Bakı həbsxanasında saxlanılan qondarma qurumun qondarma naziri Ruben Vardanyanın  Ermənistan və Qarabağ üçün xərclədiyi vəsait açıqlanıb.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə AzTV  dünyada çox məşhur olan "Fort" jurnalının məlumatına istinadən videomaterial hazırlayıb:

https://tezadlar.az/index.php/en/kriminal/23278-ruben-vardanyanin-qarabagda-x-rcl-di-yi-qara-pullar-vi-deo

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN