"Hökumət dəyişiklikləri vətəndaşlarımızın rifahı ilə bağlı deyil, Bidzina İvanişvilinin qondarma fəaliyyəti ilə bağlıdır".

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, bu sözləri baş nazir İrakli Qaribaşvilinin istefasına münasibət bildirən “Vahid Milli Hərəkat”ın sədri Levan Xabeişvili deyib. O deyib ki, məmurlar Bidzina İvanişvilini zənginləşdirməyə xidmət edirlər: “Açığı, bu onunla bağlı deyil ki, məsələn, sabahdan qiymətlər azalacaq, qiymət artımı problemi bununla həll olunacaq, işsizlik problemi həll olunacaq. Əksinə açıq-aydın bu dəyişikliklər nə vətəndaşlara rahatlıq gətirəcək, nə də yüz minlərlə həmvətənimiz ölkəyə geri qayıtmayacaq. Çünki “Gürcü arzusu”nda hansısa konkret hərəkət baş verməyib. Bu, Bidzina İvanişvilinin qondarma işi ilə bağlıdır. Siyasi elita və biz yaxşı başa düşməliyik ki, indiki hakimiyyət xalqa xidmət etmir, onlar Bidzina İvanişvilini zənginləşdirməyə, varlanmağa, yeni evlər, villalar tikməyə xidmət edirlər. Ona görə də bu il vətəndaşlarımız üçün (parlament seçkisi) bir fürsətdir ki, gələcəkdə layiqli gəlir, layiqli iqtisadiyyat, iş yerləri və immiqrantlarımızın ailələrinə qayıtmaq, Gürcüstanda işləmək və ailələrini saxlamaq imkanı olsun”.

Tezadlar.az bir daha xatırladır ki, ölkənin baş naziri İrakli Qaribaşvili dünən istefa verib. 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN