Ermənistanın Rusiyanın təsir dairəsindən çıxması bir addım da irəli getməkdədir...

Ölkənin baş naziri Paşinyan artıq dəfələrlədir bu barədə danışır. Bu dəfə isə rəsmi Moskvanı əsəbləşdirəcək bəyanat verərək "Rusiya ilə müdafiə sahəsində əməkdaşlıq artıq keçmişdəki kimi ola bilməz", - deyib. Tezadlar.az "Sputnik Armeniya"ya istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan çıxışında deyib. “Biz başa düşməliyik ki, kiminlə hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməliyik. Əvvəllər konsepsiya ilə bağlı heç bir çətinlik olmadığı kimi, belə bir məsələ də yox idi. Əvvəllər Ermənistanın müdafiə sahəsindəki münasibətlərinin 97 %-i Rusiya ilə bağlı idi. İndi bu, obyektiv və subyektiv səbəblərdən ola bilməz”.

Paşinyan onu da deyib ki, Ermənistan İran, Hindistan, Gürcüstan, ABŞ, Fransa və Rusiya ilə hansı münasibətlər qurmağı, KTMT-də qalıb-qalmadığını başa düşməlidir. 

Paşinyanın bu açıqlamasına hələki rəsmi Moskvadan reaksiya yoxdur... 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN