Ana müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın (VMH) “Qələbə Koalisiyası”nın əsas lideri həbsdə olan sabiq Prezident Mixeil Saakaşvili olacaq.

Tezadlar.az 24News.ge- yə istinadla xəbər verir ki, bunu partiyanın sədri Levan Xabeişvili jurnalistlərə açıqlamasında deyib. “Cəmiyyət çox gözəl anlayır ki, “Milli Hərəkat”ın sədri, təsisçisi, lideri var, o da prezident Saakaşvilidir... Müvafiq olaraq, bu seçkilərdə “Milli Hərəkat”ın, “Qələbə Koalisiyasının” əsas lideri Mixeil Saakaşvili olacaq”, - deyə Xabeişvili vurğulayıb.
Xatırladırıq ki, bu ilin oktyabrında ölkədə parlament seçkiləri keçiriləcək. "VMH" və “Aqmaşenebeli Strategiyası” partiyaları artıq qarşıdan gələn seçkilərlə əlaqədar “Qələbə Koalisiyası” formalaşdırıblar.Saakaşvilinin siyasi aktivliyi isə, maraqlıdır ki, ölkə prezidentinin ürəyincədir...

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN