Sumqayıtın icra başçısı  Zakir Fərəc oğlu Fərəcov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə təltif olunub.

Qeyd edək ki, Zakir Fərəcov 2005–2015-ci illərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

2015-ci ildə isə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

O, 2012-ci ildə Abşerob rayonunun yaradılmasının 50 illiyi münasibətilə və rayonun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub. 2016-cı ildə isə Sumqayıt şəhərinin sosial və iqtisadi inkişafındakı xidmətlərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif olunub.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN