Ermənilər 30 il işğal altında saxladıqları Qarabağda goreşən kimi, ya mina basdırmaqla məşğul olublar, ya da silah-sursat bazası yaratmaqla...

Ötən gün Xocalıda musiqi məktəbində silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Belə ki, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Xanabad kəndi ərazisində yerləşən musiqi məktəbindən 11 ədəd “Kalaşnikov” avtomatı, 3 ədəd “PK” markalı pulemyot, 3 ədəd “RPQ-7” qumbaraatanı, 10 ədəd qumbaraatan mərmisi, 14 ədəd alışdırcısı, 1 ədəd “MUXA” markalı qumbaraatan, 10 “PK” markalı pulemyot sandığı, 1 ədəd “PK” markalı pulemyotun çaxmaq çərçivəli qaz porşeni, 4 ədəd pulemyot qatarı, 35 ədəd avtomat darağı, 4 ədəd avtomat nişangahı, 30 ədəd “F1” əl qumbarası, 45 ədəd qumbaraalışdırıcısı, 1 ədəd “M-75” əl qumbarası, 19820 ədəd 5.45 mm-lik və 8050 ədəd 7.62 mm-lik patron aşkarlanıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Ötən gün isə Tərtərdə mina qurbanlarından birinin də sayı artdı. Gənc oğlan qoyun otararkən minaya düşüb. Onun ayağı amputasiya edilib.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN