Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə AMEA-nın Tarix İnstitununu əməkdaşı Şəhla Məmmədlinin barəsində Yasamal rayon Məhkəməsinin çıxardığı qərardan institutun böyük elmi işçisi Günel Aslanlının verdiyi apellyasiya şikayətinə baxılır...

Məhkəmə prosesini izləyən "Təzadlar"ın əməkdaşı Elçin Məmmədlinin verdiyi məlumata görə, proses bu dəqiqələrdə başlayacaq... G.Aslanlının vəkili 

Qeyd edək ki, hələ AMEA-nın Tarix İnstitunun direktoru, akademik Yaqub Mahmudovun dönəmində mütəmadi olaraq elmi müəssisəyə yaraşmayan hərəkət və ifadələrinə görə “xəbərdarlıq”, “töhmət”, “şiddətli töhmət”, hətta hüquq-mühafizə orqanları tərəfindən bir müddət əvvəl Azərbaycan İXM-nin 510-cu maddəsi ilə cəzalandırılmış institutun “Azərbaycanın beynəlxalq əlaqələr tarixi” şöbəsinin əməkdaşı Şəhla Məmmədli ilə digər böyük elmi işçi arasında xeyli müddətdir məhkəmə çəkişməsi davam edir. Ş.Məımmədli həm də G.Aslanlının qəzetdə dərc edilmiş müsahibəsinə görə "Təzadlar"a zəng edərək təhqiramiz ifadələr işlətmiş, İnstitutun direktoru Kərim Şükürov isə bu təhdldləri davam etdirən daha geniş hərəkətlərə yol vermişdir. Bu və ya digər məsələlərə görə K.Şükürovdan aidiyyəti dövlət qurumlarına, eləcə də AME prezidenti İsa Həbibbəyliyə şikayət verilmişdir.

"Təzadlar"

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN