Bu gecə səhərüzü Bakının Yasamal rayonunda partlayış baş verib.

Tezadlar.az FHN- nin rəsmi saytına istinadla bildirir ki, hadisə rayonun İnşaatçılar prospektində yerləşən 422 saylı qazanxanada qeydə alınıb. Partlayış nəticəsində qazanxananın divarları uçub, ətrafdakı binaların pəncərə şüşələri qırılıb, 10-dan çox minik avtomobilinə ziyan dəyib. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib. Partlayışda xəsarət alan bir nəfər isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. 

Hadisənin qazanxananın əsas bunkerindəki buxar təzyiqindən baş verməsi ehtimal edilir. Təzyiqölçən qurğular (açarlar) açılmadıqda belə hallar qaçılmaz olur...

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN