Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin ölkənin arsenalında yeni qolunun - Pilotsuz Sistemlər Qüvvələrinin yaradılması haqqında fərman imzalayıb.

«Təzadlar» Ukrayna Müdafiə Nazirliyinə istinadla bildirir ki, “Müdafiə qüvvələrinin imkanlarının artırılması haqqında” bu fərman Ukrayna prezidentinin saytında da dərc olunub. Ötən axşam saatlarında xalqa videomüraciətində Zelenski qeyd edib ki, pilotsuz təyyarələr artıq Qara dənizdə vəziyyətin dəyişdirilməsində, təcavüzün effektiv əks olunmasında və düşmənin uğurla məhv edilməsində əsas rol oynamaqdadır. Sitat: “Bu, gələcək üçün sual deyil - bu, yaxın gələcəkdə çox konkret nəticə verməli olan bir məsələdir. Bu il bir çox cəhətdən həlledici vəziyyət dövrü olacaq. Və təbii ki, döyüş meydanında. Pilotsuz uçuş aparatları - pilotsuz sistemlər yerdə, səmada və dənizdə döyüşlərdə effektivliyini sübut etməkdədir!».

zelenski-5

 Fərmanda xüsusi bölmələrin yaradılması, mütəxəssislərin hazırlanması, istehsalın inkişafı və pilotsuz sistemlər sahəsində xarici ekspertlərin cəlb edilməsi, Ukrayna Silahlı Qüvvələrinin havada, yerdə və dənizdə pilotsuz və robotlaşdırılmış sistemlərdən istifadə imkanlarının artırılması və s. nəzərdə tutulur. Bu həlledici addım Ukraynanın müdafiə qabiliyyətinin artırılmasına yönəlib və Silahlı Qüvvələrdə struktur dəyişiklikləri də daxil olmaqla, yaxın gələcəkdə böyük islahatların həyata keçirilməsinə imkan verəcək.

Ukrayna Nazirlər Kabinetinə Silahlı Qüvvələrin Baş Qərargahı ilə birlikdə Pilotsuz Sistem Qüvvələrinin yaradılmasını işləyib hazırlamaq və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasında baxılması üçün təkliflər təqdim etmək tapşırılıb.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN