Braziliya Federal Konqresinin Nümayəndələr Palatasının deputatı, Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Klaudio Kajado Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, hörmətli cənab Prezident,

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik etməkdən məmnunam. Seçkilərin demokratik, qanuni şəkildə keçirildiyini beynəlxalq müşahidəçilər, o cümlədən səsvermə prosesini izləyən Braziliya Federal Senatından iki həmkarım da təsdiq etdi. Sizin Azərbaycana rəhbərliyiniz dövründə ölkənin tərəqqisinin, iqtisadi və sosial inkişafının, müxtəlif sahələrdə qazanılan uğurların davamlı olacağına inanıram.

Braziliya Federal Konqresində parlamentlərarası dostluq qrupunun həmsədri olaraq ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığın, eləcə də parlamentlərarası əlaqələrin dərinləşməsi üçün səylərimi əsirgəməyəcəm.

Sizi bir daha təbrik edirəm, cənab Prezident.

Hörmətlə,

 

Klaudio Kajado

Braziliya Federal Konqresinin Nümayəndələr Palatasının deputatı,

Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN