Haqsız və işğalçı Ermənistanı var gücü ilə müdafiə edib haqlı və işğala məruz qalmış Azərbaycanın üstünə qaldıran Makron hökuməti, deyəsən, düz yola qayıtmaq istəyir...

Belə ki, Fransa Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə töhfə verməyə hazırdır... Tezadlar.az bildirir ki, Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurne Parisdə səfərdə olan erməni həmkarı Ararat Mirzoyanla görüşü zamanı belə deyib. söyləyib. Hətta bu görüşdə fransalı nazir Parisin Avropa İttifaqı və ABŞ-nin Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi sahəsindəki vasitəçilik səylərini dəstəklədiyini də qeyd edib. O, yalnız beynəlxalq hüquqa, suverenliyə, ərazi bütövlüyünə və iki dövlətin sərhədlərinin toxunulmazlığına hörmət əsasında ədalətli və davamlı sülh mümkün ola biləcəyini deyib.

Ermənistanlı nazir isə susub, dinməyib. Yəni, rəsmi Parisdən başqa nəsə gözləyirmiş... 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN