Azərbaycan Xarici İşlər Nazirliyi milli bayram – İslam İnqilabının Qələbəsi Günü münasibətilə İranı təbrik edib.

Tezadlar.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib. Paylaşımda deyilir:  “İran İslam Respublikasını milli günü münasibətilə təbrik edirik. İnanırıq ki, Azərbaycan və İran arasında qarşılıqlı hörmətə, anlaşmaya və beynəlxalq hüquqa əsaslanan mehriban qonşuluq münasibətləri regional inkişafa və çiçəklənməyə töhfə verəcək”.

Tezadlar.az xatırladır ki, iki gün əvvək Bakıda İranın Azərbaycandakı səfirliyi bu bayram münasibəti ilə ziyafət təşkil etmişdi. "Təzadlar"ın əməkdaşlarının da dəvət olunduğu bayram tədbirində Azərbaycan Baş nazirin müavini Şahin Mustafayev iştirak edərək təbrik nitqi söyləmişdir. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN