Ötən gecə Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Cavanşir Quliyev İstanbulda, müalicə aldığı xəstəxanada vəfat edib.

Tezadlar.az  bildirir ki,  bu barədə onun sənət dostları sosial şəbəkə hesablarından məlumat yayıblar.

Cavanşir Quliyev fevralın 5- də xəstəxanaya aparılmışdı. Lakin həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xəstəliyin pəncəsindən xilas etmək mümkün olmamışdır... O, 74 yaşında dünyasını dəyişdi...

Cavanşir Quliyev Azərbaycanın müstəqilliyini, azadlıq  və hərbi ruhunu ifadə edən sözlərə zövqlü musiqilər bəstələmişdir.

C.Quliyev 1950-ci ilin noyabrın 22-də Şəkidə anadan olmuşdur.

Allah rəhmət eləsin!

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN