Nəhayət, Ermənistan Müdafiə Nazirliyi kədər içində Azərbaycan sərhədçilərinin dünənki "Qisas" əməliyyatı zamanı öldürülən erməni hərbçilərin siyahısını dərc edib.

Tezadlar.az "Novosti Armeniya"ya istinadla öldürülən həmin təxribatçıların adlarını təqdim edir:

-Arutyunyan Eduard Hamletoviç (1974-cü ildə anadan olub),

-Manukyan Qaqik Varazdatoviç (1982-ci il),

-Ambarsumyan Arsen Gagikoviç (1979-cu il),

-Ohanesyan Qraçya Talışeviç (1957-ci il).

Azərbaycanla sərhəddə döyüş növbətçiliyi çəkən erməni hərbçilərin yaşı diqqəti cəlb edir. Ölənlərin arasında ən cavanın 42, yaşlının 67 yaşı olub. Bu isə o deməkdir ki, Ermənistanda cavanlar qalmayıb, ya qaçıb ölkədən gediblər, ya da onlara ön cəbhədə xidmət etibar edilmir...

Onu da deyək ki, fevralın 12-də Azərbaycan sərhədçisinin yaralanmasına cavab olaraq Azərbaycan Sərhəd Xidməti bu gün "Qisas" cavab əməliyyatı keçirib, nəticədə 4 erməni hərbçi həlak olub, bir nəfər yaralanıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN