Dəfələrlədir rast gəlirik ki, qadının şəxsi həyatını gizli yolla çəkərək sonradan pul tələb ediblər...

Yaxud da başqa tələblər və sair... Xüsusi İstintaq Xidmətinin əməkdaşları isə bu dəfə şəxsi həyat sirrinin pozulması faktı üzrə 1978-ci il təvəllüdlü şəxsi həbs ediblər. Hadisə Gürcüstanda baş verib. Bu barədə İstintaq Xidməti məlumat yayıb. İstintaq zamanı məlum olub ki, təqsirləndirilən şəxs 2023-cü ildə evli qadınla mehmanxanada cinsi münasibət zamanı mobil telefonla gizli şəkildə onu videoya çəkib. Münasibətə xitam verildikdən sonra, 2024-cü ilin yanvarında təqsirləndirilən şəxs zərərçəkmiş qadından əlaqəni bərpa etməyi tələb edib, əks halda gizli çəkilmiş görüntüləri qohumları arasında yayacağı ilə bağlı qadını hədələyib. Xüsusi İstintaq Xidmətindən bildirilib ki, faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Yəqinki istintaq orqanları həbsdə qaldığı günlərdə həmin şəxsə şəxsi həyatın gizli yolla çəkilməsi və qarşı tərəfin şantaj edilməsinin nə demək olduğunu ətraflı başa salacaqlar...

ELBAR 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN